Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı kəskin azalıb | Banco.az

Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ukrayna avqustun 15-i tarixinədək olan 4 həftə ərzində 3,2 milyon ton taxıl, bitki yağı və un ixrac edib.

Banco.az xəbər verir ki, rəsmi Kremlin Ukraynaya ərzaq nəqlini iflic etmək cəhdləri uğurla nəticələnir. Belə ki, ötən ay Rusiya tərəfindən Qara dəniz limanlarının de-fakto blokadasından sonra Ukraynananın kənd təsərrüfatı məhsulları ixracının üçdə biri əriyib.

“UkrAgroConsult” analitiklərinin hesablamalarına görə, Ukrayna avqustun 15-dək olan 4 həftəlik müddət ərzində cəmi 3,2 milyon ton taxıl, bitki yağı və un ixrac edə bilib. Qara dəniz sazişinin qüvvədə olduğu may və iyun aylarında isə ölkə 4,4 və 4,8 milyon ton ixrac həyata keçirmişdi.

Qeyd edək ki, bu vəziyyət Ukrayna iqtisadiyyatı və qlobal ərzaq təhlükəsizliyi üçün əhəmiyyətli geriləmədən xəbər verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram