Müəllif - Aida İsaq, Banco.az
Taxıl sazişi çərçivəsində Ukrayna ərzaq məhsullarının ixracının həcmi 13 milyon tonu ötüb.
Banco.az xəbər verir ki, gəmilər dekabrın 4-də Ukrayna limanlarını tərk edib. Onların arasında üç gəmi, o cümlədən BMT-nin ümumdünya ərzaq proqramı tərəfindən icarəyə götürülmüş "BC Callisto" gəmisi yer alır. Taxıl müqaviləsi çərçivəsində 115,4 min ton taxıl və kənd təsərrüfatı məhsulları daşınır.
“BC Callisto”nun 30.000 ton buğda ilə Somaliyə doğru üz tutduğu bildirilir.
25 min ton arpa və 30 min ton buğda daşıyan "Juniper" quru yük gəmisi İsrailə, "Akson Sara" quru yük gəmisi isə 30 min 400 ton qarğıdalı ilə Türkiyəyə yola düşür.
Bizi sosial şəbəkələrdən izləyin!!