Ukraynanın dövlət borcu rekord həddə çatıb | Banco.az

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Noyabrda Ukraynanın ümumi dövlət borcu oktyabr ayı ilə müqayisədə 2,8% və ya 4,37 milyard dollar artaraq rekord həddə - 159,74 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrda da ölkənin dövlət borcu 155,37 milyard dollarla rekord səviyyədə olub.

Birbaşa dövlət borcunun ümumi məbləği hesabat tarixinə bir ay əvvəlki 6 134,58 milyard qrivnaya (148,61 milyard dollar) qarşı 6 365,47 milyard qrivna (153,03 milyard dollar) təşkil edib. Eyni zamanda, bir ay ərzində birbaşa xarici borc 105,9 milyard dollardan 109,57 milyard dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Birbaşa daxili borc qrivna ekvivalentində 1762,97 milyarddan 1807,99 milyarda (42,71 milyard dollardan 43,47 milyard dollara) yüksəlib. Hesabat ayının sonunda dövlət zəmanətli borc 279,21 milyard qrivna və ya 6,71 milyard dollar təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə Ukraynanın dövlət borcu 145,32 milyard dollar olub ki, bu da rekord göstəricidir.