Ukraynanın beynəlxalq ehtiyatları rekord həddə yüksəlib | Banco.az

Ukraynanın beynəlxalq ehtiyatları rekord həddə yüksəlib

Müəllif - Aida İsaq, Banco.az

Ukraynanın beynəlxalq ehtiyatları apreldə 35,9 milyard dollara yüksəlib.

Banco.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankı məlumat verib. Cari ilin may ayənən əvvəlinə olan məlumatlara görə, Ukraynanın beynəlxalq ehtiyatları 35 943,2 milyon dollar təşkil edib. Müvafiq səviyyə son 11 ilin rekord nəticəsidir. Aprel ayında ehtiyatlar, xüsusən də beynəlxalq yardımlar hesabına 13% artıb. Belə ki, müvafiq ayda hökumətin Milli Bankdakı valyuta hesablarına 5,85 milyard dollar daxil olub. Bunun 2,7 milyard dolları BVF, 1,65 milyard dolları Avropa İttifaqının makromaliyyə yardımı, 1,25 milyard dolları isə daxili dövlət kreditinin xarici valyuta istiqrazlarının yerləşdirilməsi sayəsində əldə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram