Ukraynanın bərpası ilə bağlı xərclər kritik həddə artmağa davam edir | Banco.az

Ukraynanın bərpası ilə bağlı xərclər kritik həddə artmağa davam edir

Müəllif - Aida İsaq, Banco.az

Müharibənin acınacaqlı nəticələri Ukraynada həyatı iflic vəziyyətə salıb. Ölkənin iqtisadi durumu isə gələcəklə bağlı xoş proqnozlar vəd etmir. Lakin bu vəziyyətə reaksiyasız qalmayan dünya ölkələri müxtəlif formalarda ölkəyə dəstək olmağa çalışırlar. Yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı aparılan hesablamalar, proqnozlar isə gözləntiləri qarşılamır. Bu barədə danışan Dünya Bankının rəhbəri Devid Malpassın sözlərinə görə, Ukraynanın bərpası üçün proqnozlaşdırılan xərclər kritik səviyyəyə yüksəlməyə davam edir.

Banco.az xəbər verir ki, Dünya Bankı vasitəsilə Ukraynaya artıq 18 milyard dollar vəsait göndərilib. Müvafiq məbləğ isə əsasən ABŞ və Avropa İttifaqı tərəfindən ayrılan büdcəni əhatə edir.

Xatırladaq ki, bundan öncə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ölkəyə dəymiş zərəri Rusiya Mərkəzi Bankının dondurulmuş 300 milyard avroluq aktivlərini Ukraynaya göndərməklə kompensasiya etmək olar. 

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə isə o, Ukraynaya dəyən ziyanın 600 milyard avro olduğunu qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et