Ukraynadan taxıl ixrac edilən quru yük gəmiləri sığortalanacaq | Banco.az

Ukraynadan taxıl ixrac edilən quru yük gəmiləri sığortalanacaq

“Lloyd's of London” sığorta bazarının iştirakçıları Ukraynadan taxıl ixrac edəcək gəmiləri sığortalamağa hazırlaşır.

Bunu “Lloyd's of London”un sədri Bryus Karnegi-Braun “Reuters”ə bildirib. Onun sözlərinə görə, tezliklə bu barədə rəsmi açıqlama verilməlidir.

“Rusiya və Ukrayna taxıl ixracına dair saziş bağladıqdan sonra biz bazar iştirakçıları ilə çox işləyirik ki, sığorta şərtlərini müəyyənləşdirməyə kömək edəcək. Müqavilələrə əməl olunması son dərəcə vacibdir. Qara dənizdə artıq müəyyən sayda mina döşənib, lakin sığortaçılar bunu qəbul edə bilər, lakin müqavilənin ciddi şəkildə pozulması ilə barışa bilməyəcəklər”-deyə, o bildirib.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et