Ukraynada köklü vergi islahatları gözlənilir | Banco.az

Ukraynada köklü vergi islahatları gözlənilir

Ukraynada son prezident seçkilərində qalib gəlmiş Vladimir Zelenskinin komandası ölkədən çıxarılan kapitala vergi qoyulması ilə bağlı qanun layihəsini yenidən gündəliyə gətirməyə, eləcə də vergi sistemində əsaslı islahatlar aparmağa hazırlaşır. Nəzərdə tutulan islahatlar vergi sisteminin başlıca olaraq altı istiqamətini əhatə edir: İlk növbədə, vergi siyasətində dəyişiklik ediləcək – fiskal təmayül, vergi daxilolmalarına dair planlar sadələşdiriləcək. Vergi prosedurlarının hamısı elektron formada həyata keçiriləcək. Gəlirlərin vergiyə cəlb olunması sahəsində islahat aparılacaq. Vergi amnistiyasının elan edilməsi, eləcə də vergi orqanlarının strukturunun sadələşdirilməsi palanlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

V.Zelenskinin komandası vergi sahəsində tam şəffaflığın təmin olunacağını, informasiya sərbəstliyinin genişləndiriləcəyini vəd edir. Bu istiqamətlərin gerçəkləşdirilməsi üçün yeni vergi administrasiyası birinci mərhələdə öz səylərini qanunvericilik məsələlərinin üzərində cəmləşdirib.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et