Ukrayna və BƏƏ hərtərəfli iqtisadi əməkdaşlığa başlayacaq | Banco.az

Ukrayna və BƏƏ hərtərəfli iqtisadi əməkdaşlığa başlayacaq

Müəllif - Aida İsaq, Banco.az

Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri arasında hərtərəfli iqtisadi əməkdaşlıq üzrə razılıq əldə oluna bilər.

Banco.az xəbər verir ki, BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd əl-Zeyudi Ukraynanın ölkəsi üçün əsas ticarət tərəfdaşı olduğunu bildirib. Eyni zamanda o, Ukraynanın investisiya potensialını yüksək qiymətləndirərək bu əməkdaşlığın hər iki tərəfə faydalı olacağını stat gətirib.

İkitərəfli ticarətdə əsas diqqətin xidmət sektorunda dövriyyənin genişləndirilməsi və ərzaq təhlükəsizliyinə yönəldiriləcəyi qeyd olunur. Beləliklə, BƏƏ ilə mümkün azad ticarət sazişi Ukrayna məhsullarının satış coğrafiyasını genişləndirəcək. Kənd təsərrüfatı məhsulları və sənaye mallarının Asiya, Afrika və Yaxın Şərqə ixracı üçün yeni imkanlar açacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram