Ukrayna və Azərbaycan gələn il üçün daşıma icazələrinə dair saziş imzalayıb | Banco.az

Ukrayna və Azərbaycan gələn il üçün daşıma icazələrinə dair saziş imzalayıb

Ukrayna və Azərbaycan 2024-cü il üçün beynəlxalq daşımalar üçün icazə kvotasını razılaşdırıblar.

Bu barədə Ukraynanın İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilib ki, müvafiq saziş Ukraynanın İcmalar, Ərazilər və İnfrastrukturun İnkişafı Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında imzalanıb.

Qeyd olunur ki, bu barədə qərar Azərbaycan ilə Ukrayna arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Ukrayna-Azərbaycan Birgə Komissiyasının növbəti iclasında qəbul edilib.

Ukrayna və Azərbaycan 2024-cü il üçün hər ölkə üzrə universal icazələrin 88 % artırılması, tranzit daşıma üçün ayrıca icazələrin mübadiləsi imkanı, avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşınmasına icazələrin verilməsi ilə bağlı razılığa gəliblər.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et