Müəllif: Tamara Mustafayeva, Banco.az
Ukrayna və ABŞ mineral ehtiyatlara dair razılıq əldə etməyə yaxındır.
Banco.az xəbər verir ki, hər iki tərəf ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiyanın Ukraynaya qarşı üçillik müharibəsində atəşkəsin təmin olunması planının ayrılmaz bir hissəsi kimi gördüyü razılaşma ilə bağlı intensiv danışıqlara fokuslanıb.
Məsələyə yaxın və adının açıqlanmasını istəməyən bir mənbəyə görə, yeni layihə üzərində demək olar ki, razılıq əldə olunub və Ukrayna ABŞ-dan cavab gözləyir. “Bloomberg”in gördüyü layihə mətnində ABŞ-ın minerallar sazişinin bir hissəsi kimi "azad, suveren və təhlükəsiz" bir Ukraynanı və "daimi sülh" zəmanətini təmin edəcəyi qeyd olunur. Mətnə əsasən, həmçinin Vaşinqton və Kiyev arasında "daimi tərəfdaşlıq" barədə razılıq əldə olunacaq və Ukraynaya investisiya qoymaq niyyəti ifadə ediləcək.
ABŞ, eyni zamanda, müharibə zamanı Ukraynaya qarşı mənfi mövqe nümayiş etdirənlərin yenidənqurmadan faydalanmasının qarşısını alacaq.
Məsələyə yaxın bir mənbə razılaşma mətninin hələ yekunlaşdırılmadığını və dəyişikliklərin mümkün olduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!