Müəllif: Tamara Mustafayeva, Banco.az
Zelenski: Biz Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya etməyə hazırıq.
Banco.az xəbər verir ki, Ukrayna prezidenti Zelenski sosial media hesabında etdiyi paylaşımda Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı, Ticarət naziri Ömər Bolat və Türkiyə biznes dairələrinin nümayəndələrini Kiyevdə qəbul etdiyini bildirib.
Zelenski qeyd edib ki, bu görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdikləri son görüşün nəticəsi olaraq təşkil edilib. O, "Türkiyə iş dünyasının Ukraynada olması əhəmiyyət kəsb edir" ifadəsini işlədib.
Görüş zamanı Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi istiqamətindəki səylər Türkiyə-Ukrayna münasibətlərinin inkişafı, müxtəlif növ pilotsuz uçuş aparatlarının (PUA) istehsalında əməkdaşlıq imkanları və türk şirkətlərinin Ukraynanın yenidən qurulmasında iştirakı müzakirə edilib.
Zelenski Ukrayna ilə Türkiyə arasında azad ticarət sazişini təsdiqləməyə hazır olduqlarını bildirərək, "Ölkəmiz Türkiyəni strateji tərəfdaşlarından biri, eyni zamanda təhlükəsizlik təminatı tərəfdaşlarından biri kimi görür və prezident Ərdoğanın qarşıdakı səfəri zamanı Türkiyə ilə Azad Ticarət Sazişini təsdiqləməyə hazırdır" ifadəsini işlədib.
Bizi sosial şəbəkələrdən izləyin!!