Müəllif - Aida İsaq, Banco.az
“Ukrenerqo” şirkəti enerji ixracını bərpa etmək imkanlarını nəzərdən keçirir.
Banco.az xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Yuri Boyko bildirib. Onun sözlərinə görə, yaxın 7 gün ərzində elektrik enerjisi ixracını bərpa etmək mümkün olacaq. Həmçinin yerli istehlakçılar üçün məhdudiyyətlər də aradan qaldırılacaq.
Qeyd edək ki, Rusiyanın hərbi əməliyyatları çərçivəsində “Ukrenerqo” elektrik şəbəkələrinin zədələnməsi nəticəsində yaşayış məntəqələri işıqsız qalmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!