Ukrayna Rusiya qarşısındakı maliyyə öhdəliklərini dondurub | Banco.az

Ukrayna Rusiya qarşısındakı maliyyə öhdəliklərini dondurub

Ukrayna hökuməti Rusiya və bu ölkə ilə bağlı bütün şəxslər qarşısında bütün maliyyə öhdəliklərinə dair moratorium tətbiq edib.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən icbari qaydada tətbiq olunan bu addım milli mənafeyin qorunması ilə əlaqəlidir.

Belə ki, Rusiya ilə bağlı olan daşınmaz əmlak, istiqrazlar, korporativ hüquqlar, nəqliyyat vasitələri kimi vəsaitlərin çıxarılmasına səbəb ola biləcək müsadirə, girov və s. əməliyyatlar dayandırılır. Bu moratoriumu pozan bütün sövdələşmələr etibarsız elan olunur.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et