Müəllif - Aida İsaq, Banco.az
Ukrayna “Drujba” kəməri ilə neftin öz ərazisindən daşınmasına görə tarifləri 18,3% artırır.
Banco.az xəbər verir ki, müvafiq tarif 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Slovakiya və Macarıstan istiqamətində gerçəkləşdiriləcək tarifin də hər tona görə 2,1 avro - 13,6 avroya qədər artacağı gözlənilir.
Qeyd edək ki, davam edən hərbi əməliyyatlar nəticəsində Ukraynada enerji infrastrukturunun zərər görməsi elektrik enerjisinin çatışmazlığına səbəb olub. Beləliklə, bu elektrik enerjisinin dəyərinin artması fonunda yanacaq və ehtiyat hissələrinin qıtlığına gətirib çıxarıb.
Bizi sosial şəbəkələrdən izləyin!!