Ukrayna Mərkəzi Bankı yenidən uçot dərəcəsini aşağı salıb | Banco.az

Ukrayna Mərkəzi Bankı yenidən uçot dərəcəsini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ukrayna Mərkəzi Bankı ardıcıl ikinci dəfə faiz dərəcələrini aşağı salıb.

Banco.az xəbər verir ki, Ukrayna Milli Bankı (nBU) bu gün keçirilən pul siyasəti iclasında ardıcıl ikinci dəfə faiz dərəcələrini aşağı salmaqla Rusiya ilə müharibənin 19-cu ayına yaxınlaşdığı bu günlərdə uçot dərəcəsini 20 faizə endirib.

Bununla da, son iki iclasda ümumilikdə 5 baza bəndi faiz endirimi reallaşdırılıb.

Qeyd edək ki, Mərkəzi Bank sonuncu dəfə iyulun 27-də uçot dərəcəsini 25 faizdən 22 faizə endirmişdi.

NBU faiz azaltma tempini davam etdirməyin planlaşdırıldığını, lakin böyük qeyri-müəyyənlik və müharibə ilə bağlı yüksək riskləri nəzərə alaraq ehtiyatlı davranacaqlarını bəyan edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et