Ukrayna iqtisadiyyatı ötən il 29,1 faiz kiçilib | Banco.az

Ukrayna iqtisadiyyatı ötən il 29,1 faiz kiçilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ukrayna iqtisadiyyatı 2022-ci ildə 29,1 faiz kiçilib.

Banco.az xəbər verir ki, Ukrayna Federal Statistika İdarəsi 2022-ci ili əhatə edən Ukraynanın ümumi daxili məhsulunun (ÜDM) yekun artım məlumatlarını açıqlayıb.

Müvafiq olaraq, Ukraynanın ÜDM-i keçən il 29,1 faiz azalıb. Ukrayna hökuməti 2022-ci ilin fevralından bəri Rusiya ilə davam edən müharibənin infrastrukturu məhv etməsini və iqtisadi fəaliyyətin dayandırılmasını azalmaya səbəb kimi göstərib.

Ukrayna hökumətinə görə, sözügedən müharibə səbəbindən ölkə müstəqillik tarixində ən böyük itki və ziyana məruz qalıb, eyni zamanda, keçən il ÜDM-in 29,1 faiz azalması ekspertlərin müharibənin başladığı 2022-ci ilin fevralında proqnozlaşdırdığı ölkə iqtisadiyyatının 40-50 faiz azalacağı gözləntisindən aşağıdır. 

Dünya Bankının məlumatlarına görə, 2021-ci ildə Ukraynanın ÜDM-i əvvəlki illə müqayisədə təxminən 3,4 faiz artaraq təxminən 200 milyard dollara çatmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Ukrayna hökuməti xidmətlərini davam etdirmək üçün Qərb ölkələrinin on milyardlarla dollar xarici yardımından asılıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et