Ukrayna Avropadan elektrik enerjisi idxalına başlayacaq | Banco.az

Ukrayna Avropadan elektrik enerjisi idxalına başlayacaq

Müəllif - Aida İsaq, Banco.az

Ukrayna cari mövsümdə Avropadan elektrik enerjisi idxalına başlayacaq.

Banco.az xəbər verir ki, bu barədə“Ukrenerqo”nun (Ukraynanın Birləşmiş Enerji Sistemi) idarə heyətinin rəhbəri Volodimir Kudritski bildirib. "Avropada elektrik enerjisi qiymətləri hələ də Ukraynanın daxili qiymətlərindən xeyli yüksəkdir və idxalı təşkil etmək üçün zaman lazımdır"- deyə o, əlavə edib.

Kudritskinin sözlərinə görə bu yaxınlarda ENTSO-E (elektrik enerjisi ötürücü sistem operatorlarının Avropa şəbəkəsi) Ukrayna və Avropa arasında kommersiya mübadiləsini ixrac üçün 400 MVta, idxal üçün isə 500 MVt-a qədər artırmaq qərarına gəlib. Kiyevin eyni zamanda Avropa İttifaqından (Aİ) təcili yardım istəmək imkanının olduğunu da vurğulayıb.

“Hesab edirəm ki, müəyyən şərtlər daxilində biz bu istilik mövsümündə idxalı həyata keçirə bilərik. Məlum olduğu kimi, ötən illərdə elektrik enerjisi Belarusiyadan idxal olunurdu. İndi təbii ki, bu baş verməyəcək. Biz Avropa ilə vahid enerji sistemindəyik və müvafiq olaraq, idxal proseduru Avropadan reallaşacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Ukrenerqo mart ayında Polşaya, may ayında isə Moldovaya ixraca başlayıb. İyunun 30-da Rumıniya ilə, iyulun 7-də Slovakiya ilə elektrik enerjisi mübadiləsinə start verilib. Lakin oktyabrın 11-dən Aİ ölkələrinə elektrik enerjisinin verilməsi dayandırılıb. Bu qərar Rusiyanın raket zərbələrinə görə Ukrayna hakimiyyəti tərəfindən verilib. Onlara görə Ukraynada bir neçə elektrik yarımstansiyası zərər çəkib. Təchizatların bərpasının vaxtı barədə isə məlumat verilmir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram