Müəllif:Ayşən İmanova/Banco.az
Ukrayna ölkənin bərpası proqramı çərçivəsində Avropa İttifaqından 150 milyon avro qrant alıb.
Banco.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, vəsait ibtidai sinif şagirdlərinin pulsuz qidalanmasına (65 milyon avro), liman infrastrukturunun bərpasına (50 milyon avro), kənd təsərrüfatının dəstəklənməsinə (20 milyon avro) və mühüm infrastrukturun bərpasına (15 milyon avro) sərf olunacaq.
Qeyd olunur ki, bu, ümumi həcmi 300 milyon avro olan proqram çərçivəsində ikinci və sonuncu tranşdır. Ukrayna 150 milyonluq ilk tranşı 2023-cü ilin dekabrında alıb.