Müəllif: Bahadur Əlizadə
Həyatımız boyunca hər zaman durmadan nə isə axtarır və nəyisə əldə etmək istəyirik. Hər kəs bir mövqeyə çatmaq ,arzu olunan həyata qovuşmaq üçün can atır. Amma bunu əldə etməyəndə “uğursuzam “, ”bəxtsizəm” deyir. Amma heç də belə deyil. Bəs necədir? - deyə sual yaranır. Sualın cavabı siz özünüzsünüz. Əgər uğur əldə etmək istəyirsinizsə dəyişin.
Əgər şirkətin hər hansı bir məsul şəxsi, idarə heyətisinizsə yenə də siz dəyişməlisiz. Çünki siz dəyişməsəniz işçiləriniz sizi yarı yolda qoyacaqlar.
Gəlin birlikdə “Uğur Tablosu”na baxaq.
Bəzi mühüm məsləhətlər:
- “Şübhəsiz”, ”Mən bilən” kimi ifadələrindən istifadə etməyin, bunun əvəzinə ,“Səhv etmirəmsə”,”Deyəsən mən səhv edirəm” kimi frazalardan istifadə edin. Çünki siz mübahisə etməklə xeyrinizə heç nə qazanmayacaqsız.
- Mübahisə etmək yerinə “Mən dəqiq bilmirəm, bəlkə bir gün bu haqda oturub araşdırma aparaq” desəniz daha münasib olar.
- Bir insanı görmək istədiyiniz kimi təsvir edin. Məs:”Sən çox ağıllı, işində və həyatında uğur qazanmış birisən. İnanıram ki, gələn səfər bu tip səhvlərə yol verməyəcəksən”.
- Əsəbləşdiyiniz təqdirdə bir gün gözləyin ki, əsəbiniz soyusun. Sonra olan vəziyyəti həmin şəxsə sakit bir şəkildə yuxarıdakı şərtlər daxilində bildirin.
- İşdən çıxaracağınız işçiylə “Sizin işiniz seçilirdi, amma təəssüf şirkət bəzi ixtisarlar aparmalıdır. Yenidən sizin kimi işçiylə əlaqə saxlayacağıq” bu şəkildə sağollaşın.
Əgər dediklərimizə əməl etsəniz istədiyiniz uğurun açarını özünüzdə , işinizdə və həyatınızda tapacaqsınız.