Ətrafımızda istədikləri uğuru əldə etməmiş bir çox insan görürük. Bu insanların uğursuz olmalarına səbəb olan bəzi davranışlar vardır. Bu davranışları davam etdirdikləri müddət uğurlu olmaq şansları yoxdur. Bunlar aşağıdaklardır:
1. Kifayət qədər işləməmək: İşinə fikrini toplayıb nizamlı və məhsuldar işləmək uğurlu olmaq üçün ən vacib qaydadır. Kifayət qədər işləmədən uğurlu olmağı gözləmək xəyalpərəstlikdir. Vidal Sasonun dediyi kimi “Müvəffəqiyyətin işdən əvvəl gəldiyi yeganə yer lüğətdir”.
2. Özünü olduğundan çox görmək: Olduqları mövqedən daha yaxşı mövqedə olmalarının iddia etdikləri üçün öz işlərini kiçik hesab edərlər və işlərini lazımi qədər yaxşı görməzlər. Halbuki, daha yaxşı mövqeyə keçmənin ən vacib meyarlarından biri əlindəki işi yaxşı etməkdir.
3. İşdən yayınmaq: Çay və siqaret fasilələrini uzatmaq, telefon söhbətlərini artırmaq, internet və sosial şəbəkələrdə vaxt keçirmək, kompyuterdə oyun oynamaq işdən yayınmanın ən geniş yayılmış yollarıdır. Bütün bunlar məhsuldar işə mane olur.
4. Qiybət etmək: İş yerində davamlı qiybət edib başqa insanları pisləmək həm öz motivasiyalarına mənfi təsir göstərər, həm də kollektiv birliyinə zərbə vurar.
5. Hər şeyi bildiyini sanmaq: Hər şeyi bildiklərini sanıb heçkimi dinləmədikləri üçün eyni səhvləri təkrarlayırlar. Eyni zamanda özlərini inkişaf etdirmə ehtiyacı duymaqdıqları üçün yerlərində sayırlar.
6.Sabit fikirli olmaq: Sabit fikirli insanlar başqa fikirləri qəbul edib fikirlərini dəyişdirməzlər. Bu da onların inkişafına mane olar. Halbuki elastik fikirli insanlar işlərini daha yaxşı etməkləri üçün fərqli fikirlərə qulaq asaraq işlərində həmişə uğur qazanırlar.
7. İşlərini yarımçıq qoymaq: Edilməli işləri yarım buraxmaq ya da təxirə salmaq o işlərin yoxa çıxarmaz. Yığılmasına və gələcəkdə sizə mane olmağa səbəb olar.