Uğurlu startapın sirri: Hətta hobilərinizi də biznesə çevirə bilərsiniz | Banco.az

Uğurlu startapın sirri: Hətta hobilərinizi də biznesə çevirə bilərsiniz

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyanın məhşur firmalarının təsisçilərin fikirlərinə görə, ən yaxşı startap ideyalarına sahib olmaq üçün "yaxşı" sözünün nə demək olduğunu başa düşməlisiniz.

Onlar hesab edir ki, ideyası olan şəxslər işlərinə  maraqlarına, bacarıqlarına, ambisiyalarına, məqsədlərinizə uyğun meyarlar seçməklə başlamalıdırlar. Çünki həqiqətən maraqlı olana və nəyə meylli olduğunuza vaxtınızı həsr etmək lazımdır.

Banco.az Forbes-a istinadla uğurlu startap üçün  maraqlı detalları təqdim edir:

Sizə gələn fikirləri mütəmadi olaraq yazın və bu siyahını vaxtaşırı nəzərdən keçirin. Beyninizi daim fürsət axtarmağa öyrətməlisiniz. Bu ixtira deyil, axtarışdır.

İdeyaları məqsədli şəkildə axtarın. Bunun üçün müxtəlif üsullardan istifadə etməkdən çəkinməyin.

Problemlə üzləşin və həll yolunu tapın. 

Çox vaxt biznes ideyası problemlə qarşılaşdıqda yaranır. Üstəlik, problem nə qədər aktualdırsa, insanlar onun həlli üçün daha çox pul ödəməyə hazır olurlar.

Ən sərfəli kredit üçün müraciət et

Mövcud inkişaf və ya biznes modelini tapıb bazara təqdim edə bilərsiniz. İdeya, məsələn, başqa coğrafi bazardan və ya sənayedən gələ bilər. Qərbi Avropa və Amerika bazarlarını təhlil edin. Onlarla, daha yaxşısı yüzlərlə Qərb nümunəsini seçmək vacibdir. Uğurlu startapların reytinqlərini izləyin.

Əmək haqqı aldığınız işinizi biznesə hətta hobbinizi və ya bacarıqlarınızı da uğurlu startapa, biznesə çevirə bilərsiniz. Mühim olan zamanın tendensiyalarını izləməyi bacarmaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et