Uğurlu sahibkar olmaq üçün bu vərdişlərə sahib olmalısınız | Banco.az

Uğurlu sahibkar olmaq üçün bu vərdişlərə sahib olmalısınız

Müəllif - Aida İsaq, Banco.az

Riçard Branson 16 yaşında jurnal nəşrinə başlamaq üçün məktəbi tərk etmək qərarını verir. Direktor onun ya milyonçu, ya da həbsxanaya düşəcəyini bildirir.  Tam 50 ildən çox vaxt keçdikdən sonra “Virgin Group” şirkətinin milyarder qurucusu biznes dərslərini paylaşdığı MasterClass kursuna başlayır. Banco.az milyarderin uğurlu sahibkar olmaqla bağlı məsləhətlətini təqdim edir.

Həmişə qeydlər aparın

Branson MasterClassda daim yanında gəzdirdiyi gündəliklərə tez-tez istinad edir. Bu vərdiş onda 1968-ci ildə “Tələbə jurnalı” nəşrə başlayandan bəri qalıb. (Bu jurnal üçün o məktəbi tərk etmişdi). Branson deyir: “ Mənim etdiklərimdən ən vacibi mütəşəkkil qalmaq və doğru istiqamətdə hərəkət etmək olub”.

O, sahib olduğu şirkətlərin işinin ən xırda detallarını belə metodik qeyd edir. Qeydlər üçün planşet və ya smartfon seçmək olar, əsas bunu etməkdir. İdeyalar daimi yadda qalmır, onları qaçırmadan dəyərləndirmək lazımdır.

Ən yaxşı yolu tapın

Bransonun sözlərinə görə ən uğurlu startaplar məyusluqdan yaranır. 40 il əvvəl “Virgin Group” şirkətinin gələcək qurucusu aviasiya sənayesində “dəhşətli” müştəri təcrübəsini təkmilləşdirmək imkanı əldə etdi.

Onun Puerto-Rikodan Britaniyanın Virciniya adalarına uçuşu sərnişin çatışmazlığı səbəbindən təxirə salındıqda Branson kiçik lövhə taparaq “Virgin Airlines, Virgin adalarına tək tərəfli yol 39 dollar” yazdı. Sahibkar təyinat nöqtəsinə təyyarə kirayələyib.

“Virgin Atlantic” avişirkətinin yaradılması ilə bağlı hər şey “Daha yaxşı yol varmı?” sualı ilə başladı. Cavablar ilk oturacaq arxası əyləncə sistemlərinin və daha rəngarəng yemək seçimlərinin inkişafına səbəb oldu.

“Biznes qurmağa” çalışmayın. Həll olunmalı problem axtarın və çətinliyi fürsətə çevirmək üçün şirkət qurun.

Fərqli olun və zövq alın

“Virgin” ticarət nişanını qeydiyyatdan keçirmək üçün Bransona dörd il vaxt lazım idi. Bu ad hökümətə çox qalmaqallı görünürdü. “Bir iş qurduğunuz zaman müəyyən riskə getməli və hər kəsdən fərqlənməlisiniz”deyə sahibkar qeyd edir. “İş gördüyünüz zaman heç kimi incitməməyə və zövq almağa çalışın”.

Ən sərfəli kredit üçün müraciət et

Daha sonralar Branson yeni məhsul buraxılışlarında macəraçı olub. O, bir dəfə Avstraliyada “Virgin Mobile"ı işə salmaq üçün vertolyotun 30 metr aşağıda elastik ipindən sallanıb.

Hər hansı bir sıçrayış üçün hiyləgər fəndlərə ehtiyac yoxdur. Əsas zövq almaqdır. Bansonun sözlərinə görə bir şirkət qurmağa hazırlaşırsınızsa, özünüzü çox ciddi qəbul etməyin.

Başqaları ilə yaxşı yola gedə bilən insanlarla işləyin

2005-ci ildə “Spanx”-ın qurucusu Sara Bleykli Bransonun keçirdiyi “Üskankar milyarder” realiti-şousunda 16 sahibkardan biri oldu. İlk sınaq üçün “Virgin Group” – un qurucusu hava limanından yarış iştirakçılarını götürmək üçün özünü səriştəsiz yaşlı taksi sürücüsü kimi qələmə verdi.

Digərləri onu məsxərəyə qoyanda Bleykli sürücüyə hörmətlə yanaşdı və çantaların daşınmasında köməklik etdi. Həmin gün Branson bir neçə iştirakçını oyundan çıxartdı. Belə ki, onlar görüşdükləri insanlarla mehriban olmaq sınağından keçə bilmədilər. Bleykli isə realiti-şouda qaldı və yeddi il sonra milyarder oldu.

Branson işə götürməyi planladığınız insanla kafedə biznes görüşlər keçirməyi məsləhət görür.

Komandanızı həvəsləndirin

İnsanları uğursuz olduqları vaxt işlərini itirməklə hədələmədən maraqlı ideyalar irəli sürməyə təşviq edin. Milyarder bunu “Yeni bir şeyi sınadıqları üçün qiymətləndirin və tərif edin.” kimi izah edir. Siz işçilərinizə fikirlərini demək hüququ versəniz, onlar daha da inkişaf edəcək, nəticədə sizin şirkətiniz qzanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et