Uğurlu olmaq üçün 1% dəyişiklik qanunu | Banco.az

Uğurlu olmaq üçün 1% dəyişiklik qanunu

Müəllif: Rüfət Məmmədli

Bayaq internetdə uğur qazanmaq haqqında bir məqalə oxuduqdan sonra bu məqaləni yazmaq qərarına gələrək, izləyicilər üçün də paylaşmaq istədim. Yazının orijinalını bu linkdən ingilis dilində oxuya bilərsiniz.

2010-cu ildə Dave Brailsford-a çox çətin bir vəzifə üçün təklif gəlir. Ondan dünyada ən yaxşı, prestijli velosiped turniri olan “Tour de France”-da heç vaxt medal qazanmamış İngilis velosiped milli komandasının  ” Team Sky“-ın rəhbəri  olması istənilirdi.

Bu təklifə münasibət çox sadə bir üsulla oldu.

Brailsforun inandığı uğur gətirəcək üsulu “Kiçik uğurlar daha böyük uğurlara səbəb olur” idi. Bu üsulda yəni, “Nəticəyə uğurla çatmaq üçün gedən yolda hər əlaqəli işin əvvəlkindən aldığınız qərara görə 1% daha düz olduğu halda, bu 1%-lər birləşərək böyük bir uğura səbəb olacağı” idi.

Brailsford vəzifəsinə gələr-gəlməz bildiyiniz kimi, əvvəlcə işin əsas hissələrini inkişaf etdirməyə başladı: Velosipedçilərin qidalanmaları ortaya qoyuldu. Daha sonra həftəlik məşq proqramları araşdırıldı və inkişaf etdirilməyə başlanıldı. Velosipedin pedallarının və təkərlərinin çəkilərinin araşdırılması isə daha sonrakı addımlar idi.

Əsas məsələlərdə 1% artım əməliyyatlardan sonra digər sonrakı məsələlərə keçildi. Brailsford heçkəsin ağlına gəlməyəcək hər bir detalı diqqətdən kənarda qalmasını istəmirdi. Səyahətlərdə istifadə edilən otel yastıqları yerinə yuxu üçün daha uyğun yastıqlar əldə edildi və hara gedərlərsə getsinlər hər zaman yanlarında götürüldü. İdmançıların masajlarda istifadə edilən yağlarının daha keyfiyyətlisi və əllərini mikroblardan qorunması üçün daha yaxşı qoruyuculardan istifadəsi üçün bir çox mütəxəssislərdən kömək alındı. 1 % inkişafa gətirəcək hər xırdalıqlar inkişaf etdirildi.

Brailsford`un proqnozuna görə bu irəliləyiş 5 il sonra Tour de France`da uğur gətirəcəkdi.

Amma Brailsford səhv edirdi. Uğur 3 il sonra gəldi!

2012-də “Team Sky” idmançısı Sir Bradley Wiggins “Tour de France”-ı qazanan ilk İngilis velosipedçisi oldu. Eyni ildə Brailsford-un məşqçilik etdiyi İngilis velosiped komandası 2012-ci il olimpiyadalarında velosipedlə əlaqəli yarışlarda 70% medala sahib oldu.

2013-cü ildə “Team Sky” “Tour de France”-ı velosipedçi Chris Froome ilə bir dəfə də qazandılar. Velosiped tarixində 10 ilin ən böyük uğurları “Team Sky” tərəfindən əldə edildi.

Brailsfordun strategiyası mənə nə öyrətdi ?
– Artan kiçik faydaların cəmi!

Ən sərfəli kredit üçün müraciət et

Günlük həyatımızda qarşılaşdığımız hər kiçik qərarı əvvəlkinə görə daha doğru vermək əslində çox asandır…

Pis və ya yaxşı vərdişlərimiz əslində vaxtı ilə verdiyimiz qərarların zamanla birləşməsidir…

Dəyişiklik etmək istədiyimizdə həmişə böyük addımlar atmağı planlayırıq və kiçik addımların atılmasının əhəmiyyətsiz bilirik.

Həyatımızdakı dəyişikliklərlə bağlı hədəflər seçərkən hər zaman bu belə deyil?

Hər zaman dünyanı gəzmək istəyirik. Heç “Bu il 1 dəfə başqa ölkəyə getmək” deyən birini gördünüz?..

“xx” kiloqram arıqlamaq lazım olduğunu deyən çox adam var ətrafımızda, biri də mən. Əslində isə heç birimiz əvvəlcə 1 kq arıqlamaq lazım olduğunu ağlımıza gətirmirik…

Hər start-up-çı Apple, Facebook, Google, Microsoft kimi olmağı xəyal edir, amma əvvəlcə sektordakı 10 nəfər işçi heyəti olan firma olmağa gedən yolun nə qədər çətin olduğunu heç ağıllarına gətirmirlər və veclərinə almırlar…

Xəyallarımızın üstünə biz tərəfdən olan təzyiqi indi daha yaxşı başa düşürsünüz?

Amma çıxdığımız uğura gedən yolda etdiyimiz hər işin və vərdişin keyfiyyətini və geriyə dönüşünü 1% artırmaq çox çətindir?

Bunu sizlərə daha yaxşı başa salmaq üçün yuxarıda yazdıqlarımın tam tərsi ilə həyatda qarşılaşdığımızı demək istəyirəm. Bilirəm, deyəsən yazım bir az çox oldu.  İşlər pis getməyə başlayanda, bu bir anda zəncir kimi effekti olar və həyatdakı digər normal olan işlər də uğursuz olmağa başlayır…

Başlanğıcda verəcəyimiz hər kiçik qərarın 1% daha yaxşı və ya 1% daha pis olmasında belə baxanda heç bir fərq yoxdur kimi görünür. Amma qarşıdakı bu kiçik qərarlar artım və ya azalmanın əslini təşkil edir təəssüf ki…

Uğura gedən yol:

Uğurlu insanlara baxdıqda həyatlarında bir çox gündəlik kiçik qərarlarında əvvəlki qərarlarından nəticə çıxararaq verdiklərini müşahidə edə bilirik. Daha doğru şəkildə, iş adamı yazıçı Jim Rohn deyib:

Success is a few simple disciplines, practiced every day; while failure is simply a few errors in judgment, repeated every day.
—Jim Rohn

Sonda bir şey qeyd edim, nə olursa olsun, qərar veririksə, heç vaxt motivasiyadan düşməməliyik. İndi belə yazıram, amma özüm də arada bir motivasiyadan düşmüş oluram. Çalışın motivasiyanızı qoruyun.