Uğurlu marketoloq olmağın sirri nədir? Tanınmış marketoloq açıqladı | Banco.az

Uğurlu marketoloq olmağın sirri nədir? Tanınmış marketoloq açıqladı

Müəllif:Gülbəniz Hüseynli/ Banco.az

 “Marketinq satışın düşməni deyil, o ayrılıqda tamamlanmayan “puzzle”kimidir. Bu sahənin inkişafı üçün xərclənən pullar şirkətdən bir dəfəlik xərc olaraq çıxmır, daha yaxşı formada geri qayıdır”.

Banco.az xəbər verir ki, bu fikirləri tanınmış marketoloq Müşviq İskəndərov deyib.  Ekspert bildirib ki, marketinq yeni növ tətbiq sahəsi, bir şeyi hamıya təlqin edən strategiya yolu deyil:

“Bəziləri düşünür ki, marketinqlə bağlı oxuduğumuz əsas məlumatları bu  sahədə tətbiq edərək uğurlu olmaq olar. Amma belə bir şey yoxdur. Əgər marketinqi dövrün dəbi sanıb  bu işə başlayırsınızsa o zaman istifadə etdiyiniz alətlər sizi boğacaq , yorulacaqsınız. Bu zaman uğur özünü gecikdirəcək. Ümumiyyətlə, marketoloqların çox maaş alması barədə düşüncədə də müzakirə ediləsi mövzudu, çünki onlar məhsulla müştərini qovuşdurmaq istəyən cəfakeşlər sayılır”.

Müşfiq İskəndərov qeyd edib ki, bir çox şirkətlərdə təcrübə keçənlər, reklam işi aparanlar və xarici ölkələrdə PR oxuyan şəxslər də marketoloq kimi çalışsalar da çox keçmədən neqativ nəticələr özünü göstərdi:

“Çünki hər kəs marketoloq ola bilməz. Bu sektorda çalışmaq üçün incəlikləri bilmək vacibdir. Marketoloq bilməlidir ki, müştəri nə istəyir, harada nə zaman nə tələb ola bilər. Hesab edirəm ki, bu sahədə daha çox iqtisadi təhsili olanlarla yanaşı bazarı analiz edə bilən şəxslər daha çox uğur qazana bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram