Uğurlu marketinqin beş sirri - Rəqsanə Məmmədova cavabladı | Banco.az

Uğurlu marketinqin beş sirri - Rəqsanə Məmmədova cavabladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova Marketinq strategiyası ilə bağlı Banco.az-ın suallarını cavablandırıb.

Birbaşa marketinq nədir və biznesə necə kömək edə bilər?

Birbaşa marketinq, şirkətin məhsulunu və ya xidmətini alıcıya birbaşa ünsiyyət qurmaqla  nümayiş etməsi adlanır. Məsələn, hamımızın rastlaşdığı mağaza daxilində məhsulun pulsuz paylanması, “soyuq zənglər”, hətta küçələrdə paylanan ətir testləri və bukletlər belə birbaşa marketinqə aiddir.

Birbaşa marketinq əsas biznesin büdcələrinin effektiv xərclənməsinə kömək edir. Bundan əlavə marketinqə qısa yatırım etməklə, biznes alıcı kütləsini qısa müddət ərzində cəlb edə bilər.

Birbaşa marketinq strategiyasını necə planlaşdırmaq lazımdır?

Birinci etapda potensial müştərilərin analizi ilə bu işlər qurulur. İkinci etapda rəqiblərin və ümumi bazar  araşdırması, sonra alıcıya təqdim olunan məhsul seçimi edilir. Onuda qeyd edimki  bu məsələdə vaxt məsələsi önəmlidir.

Məsələn B2B seqmentdə sərgilərin təşkil edilməsi də birbaşa marketinqə aiddir. Sərgidə iştirak bəzən 6 ay əvvəl başlayır. Stendin dizaynı, xüsusi promo məhsulların çapı, iştirakçarın satış skriptləri və s. Amma B2C yönəlmiş bizneslərdə planlamada bu qədər çox zamana ehtiyac yoxdur. 1 ay ərzində start vermək olar.

Əgər məhsulun reklamı çoxdursa, onun pis və ya yaxşı olduğunu alıcı necə müəyyənləşdirməlidir?

Bunu yalnız test yolu ilə müəyyən etmək olar. Marketlərdə 50-60 il bundan öncə marka kimi tanınan və  dünyanın 130 ölkəsində satılan məhsullar var. Niyə? Çünki insanlar bir dəfə alıblar, dadlarını bəyəniblər və təkrar almağa davam edirlər. Yox əgər şirkət bazara bəyənilməyən məhsul təqdim edirsə, o zaman şirkətin özünə bu ziyandı. Çünki təkrar satış olmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Marketoloqlar satış strategiyası quran zaman alıcı kütləsinə nəyin xitab edəcəyini və nəyin etməyəcəyinə necə qərar verirlər?

Araşdırma yolu ilə. Araşdırmanın əsas 3 növ olur:

  1. “Face to face”: Yəni küçədə potensial alıcı kütləsinə yaxınlaşıb, sorğular aparırlar.
  2. Fokus qrup: Bu formata alıcıları bir otağa toplayıb, onlara suallar vermək daxildir.
  3. Elmi araşdımalar: Xaricdə insan davranışı araşdıran xüsusi universitet vasitəsi ilə araşdırma aparılır.

Əslində dünyanın istənilən yerində insanların davranışları eynidir. Düzdür mədəniyyət özəlliyi var. Məsələn, biz şəkərburanı və paxlavanı xoşlayırıq, qutab bizim üçün “fast-food “ növüdür. Amma kişmişli bulka dünyanın əksər ölkəsində satılır.

Marketinqlə nə vaxt məşğul olmalısınız?

Marketinqin istiqaməti çoxdur. Amma araşdırma ilə, şirkət yaranmamışdan əvvəl məşğul olmaq lazımdır. Çünki marketinq burda məlumatların toplanılması və analizi üçün əvəzolunmaz alətdir. Şirkət hansı məhsulu satacaq? Hansı alıcı seqmentinə? Rəqib üstünlüyü nədir? Bazara necə daxil olacaq? Əsas satış kanalları nədir? Bu kimi suallara  cavabı marketinq verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et