Uğurlu insanların sahib olduğu qəribə vərdişlər | Banco.az

Uğurlu insanların sahib olduğu qəribə vərdişlər

Hər birimizin özünəxas vərdişləri var. Bu vərdişlərin əksəriyyəti başqalarında da olduğu üçün qəribə görünmür.

Lakin elə vərdişlər var ki, olduqca qəribə səslənir. Bu vərdişlərin dünyanın ən uğurlu insanlarında olması da ayrı bir məsələdir.

Steve Jobs - Pəhriz və Gigiyena

Steve Jobs olduqca qəribə bir insan idi. Öz uşaqları və işçiləri ilə əlaqəsinin çox pis olmasından, düçar olduğu xərçəng müalicəsini rədd etməsinə qədər qəribə keçmişi var idi. Onun pəhriz və gigiyena ilə əlaqədar qeyri-adi vərdişləri var idi. Belə ki, Jobs vaxtını uzatmaq üçün sadəcə kök və alma yeyərdi. Həmçinin duş qəbul etməyi sevmirdi. Bu vəziyyət işçiləri və iş yoldaşları üçün dözülməz idi.

Jobs bacarıqlı və ağıllı bir adam idi; ancaq şübhəsiz ki, sahib olduğu vərdişləri olduqca qəribə idi.

Benjamin Franklin - "Hava Duşu" qəbul etmək

Tarixin ən uğurlu insanlarından biri olan Benjamin Franklin, "hava duşu" adını verdiyi olduqca qəribə bir vərdişə sahib idi. Franklin qapıları və pəncərələri açıb, lüm-lüt dururmuş. Beləcə bədəninə vuran hava cərəyanı ilə yeniləndiyini deyərmiş.

Mark Cuban - Dayanmadan informasiya qəbulu

Ən sərfəli kredit üçün müraciət et

Cubanın yeni biliklərə qarşı bir marağı var idi. Bu vərdişindən xilas olmuş olsa da hər şeyi əzbərləməyə vərdiş etməsi, müəyyən mövzularda ona böyük bir üstünlük təmin edir. Məsələn, o, səhər saat 4-ə qədər möhürlər haqqında məlumat oxuya bilər. Çox az insan Cuban kimi özünə üstünlük təmin edən bu vərdişə sahib ola bilər.

Warren Buffett - Dayanmadan Oxumaq

Warren Buffetin dünyanın ən zəngin insanlarından biri olduğunu artıq hər kəs bilir. Warren Buffett, təvazökar bir evdə yaşayır. Buffetin hər kəs tərəfindən bilinən və özünün də bütün reportajlarında dilə gətirdiyi bir vərdişi var, dayanmadan oxumaq.

Buffetin söylədiyinə görə hər gün ən az səkkiz saat oxuyur. Bəzi insanlar oxumağı olduqca çox sevərlər, lakin bu qədər uzun bir vaxt sərf etməzlər. Bu olduqca yaxşı bir vərdiş olsa da qıraqdan baxanlar üçün qəribə görünür.

Bill Gates - Avtomobil Nömrəsi Əzbərləmək

Bill Gates, dünyanın ən varlı insanlarından biri olsa da sərvətini uşaqlarına buraxmayacaq məşhurlar arasında yer alır. İşçiləri ilk vaxtlarda ondan xəbərsiz heç bir yerə getmirdilər. Çünki söylədiklərinə görə, Gatesin işçilərinin avtomobillərinin nömrələrini əzbərləmək kimi bir vərdişi var idi. Bununla da işçilərinin saat neçə də gəlib getdiklərini izləyirdi.

Bill Gates bu davranışının bir az "fanatiklik" olduğunu etiraf etmiş olsa da, bu davranış ona və şirkətinə böyük bir üstünlük gətirmiş kimi görünür.

Ən sərfəli krediti almaq üçün müraciət et