Müvəffəqiyyətli insanların müvəffəqiyyətə çatmasını təmin edən nədir? Zəkaları yoxsa şansları? Konkret bir düsturu olmamaqla bərabər, uğurlu insanların bir çox ortaq xüsusiyyətləri vardır. Uzun illər müvəffəqiyyətli insanlar haqqında araşdırma aparan Robert Greene, ən son kitabı “Mastery”də bu insanların ortaq xüsusiyyətlərinə toxunur. Budur, müvəffəqiyyət yolunda sağlam addımlar atmaq istəyənlərə, günümüzdə uğurlu olmanın ipucları:
- Gördükləri işə arşı duyğusal bağlılıqları var.
Hansımız gördüyümüz işə könüldən bağlıyıq?
Müvəffəqiyyət yolunda dırmaşmaq, inamlı addımlar atmaq istəyənlər üçün əsas qızıl qayda əslində budur. Əgər etdiyimiz işin ən yaxşısını etmək istəyiriksə ən uğurluların etdiyi kimi: əvvəlcə işinizə könüldən bağlanmalı, işinizə qarşı duyğusal bağlılıq hissetməlisiniz.
- Başqalarının nə dediklərinə əhəmiyyət verməzlər.
Günümüzdə çoxumuz facebookda dostlarımızın haqqımızda nə söylədiyini, nəyi bəyənib, nəyi bəyənmədiklərini saatlarca araşdırırıq. Lakin uğurun sirrində bu cür şərhləri görməzdən gəlmək var.
Digər insanların şərhlərinə görə deyil, özünüzü həqiqətən tanıyıb öz düşüncələrinizə görə hərəkət etməlisiniz.
- Telefonlarını nə vaxt bağlamalı olduqlarını bilirlər.
Ətrafımızda bir çox fikir yayındıracaq ünsürlə birlikdə yaşayırıq. Bunlardan ən vacibi "ağıllı" telefonlarımızdır. Özümüzü tez tez “Cavabsız zəng var?, Sosial şəbəkələrdən bildiriş gəldi?” kimi suallar verərkən tapırıq. Lakin uğurlu insanlar bizim kimi etməyib ya lazımi zamanda telefonlarını bağlayırlar, ya da ümumiyyətlə "ağıllı" telefon sahibi olmurlar. Fikir yayındırmağının qarşısın almaq üçün telefonunuzu nə zaman bağlamalı olduğunuzu bilməyiniz lazımdır.
- Keçmiş uğurlarla yaşamazlar.
Əslində birçoxumuzun xətası keçmişdə baş verənləri təkrar - təkrar düşünərək gələcəkdəki uğurlarımıza mane oluruq. Amma keçmişdəkilərlə kifayətlənməyib daha çoxunu edə biləcəyinizə inanmalısınız. Beləliklə, etməli olduğunuz şey keçmişdəkiləri düşünərək zaman itirmək deyil, daima uğurlarınıza yenilərini əlavə etməyə çalışmaqdır.