Uğurda 5i prinsipi | Banco.az

Uğurda 5i prinsipi

Uğurda 5İ prinsipi

Bütün məşhurları, müəyyən qədər uğura nail olmuş insanları dindirdikdə, hərəsinin uğurla bağlı fərqli düşüncələrinin olduğunun şahidi oluruq. Hər kəs üçün uğur formulu özəl ola bilər. Amma zamanın sınağından keçmiş formulları da sınaya bilərsiniz.

İndiyə qədər müsahib olmuş şəxslərin əksəriyyətinin uğur formullarını gözdən keçirəndən sonra, hamıya aid edilə biləcək oxşar bir formulun, yəni uğur üçün ortaq cəhətlərin olduğunun şahidi oldum. Onları ümumiləşdirdikdə isə belə bir nəticəyə gəldim ki, uğur üçün ən vacib olan 5 amil var: istək, inam, icra, inadkarlıq və iradə. Beləliklə, sizinlə də paylaşmaq istədiyim 5i prinsipi ortaya gəldi. Hər hansı bir formulu götürüb, onu özünüz üçün uğunlaşdıra bilərsiniz. Bu sadəcə mənim təklifimdir.

İstək – nəyisə əldə etmək üçün ilk növbədə onu şiddətlə istəməlisən. Bu istək çox güclü olmalıdır, arzuna bağlı olmalısan.

İstək olmasa hərəkətə keçmək üçün yetərincə həvəsiniz olmayacaq. Çətinliklərin öhtəsindən gəlmək üçün dözümünüz olmayacaq, tabınız çatmayacaqdır.

İnam - bəzən istək olur, amma şəraitə və ya özünüzə inamımız yetərincə olmur. Özünə inam ən vacib şərtlərdən biridir. Özünüzə inanmadan başqasını da inandıra bilməyəcəksiniz. Kimdənsə məsləhət alırsınız, içinizi şübhələr bürüyür. Heç zaman uğursuz insanlardan məsləhət almayın. Özləri nəsə əldə edə bilməyənlər, sizi də inandıracaq ki, siz də bunu edə bilməzsiniz.

Ən sərfəli kredit üçün müraciət et

 

İcra – istək və inam önəmlidir, amma siz işə, icraya keçməsəniz arzularınız elə istək olaraq qalacaq. İşləmək, hədəflər qurmaq, planlamaq və icra etmək, sonra  isə planlara uyğunluğa nəzarət etmək lazımdır. İcra olmadan işinizin qiymətləndirilməsi də mümkün olmayacaq.

Həmişə sizdən nədəsə daha üstün olan insanları seçin. Özünüzü güclü şəxsiyyətlər ilə əhatə edin, qoy onlar sizdən daha ağıllı olsun və lazım gələrsə sizə meydan oxuya bilsin. Ömür boyu tələbə qalın və bütün həyatınız boyu öyrənin.

İnadkarlıq – öz istəklərinə, işinə bəzən sahib çıxmaq tələb olunur. Hər şey sadəcə inadkarlıqdan, dəfələrlə etdiniz cəhdlərdən aslı olur. Hədəflərinizə, prinsiplərinizə sadiq qalaraq, inad göstərməli, israrlı olmalısınız.

P.S inadkar olmaq üzsüz olmaq demək deyil.

İradə  -  həyatda güclülər deyil, iradəlilər qazanır. Buna əmin olun yetər. Təslim olmağa hazır olduğunuz an, qalibiyyətə, bəlkə də ən yaxın olduğunuz andır. Bunu unutmayın.

Həyat - vurduğun zərbələrin gücü ilə deyil, hansı zərbələrdən sonra ayaq üstə qalmağı bacarığın ilə ölçülür.

Ən sərfəli krediti almaq üçün müraciət et