1. Həyatda hər şeyə rəğmən irəli getmək kimi sadə bir qayda var. Sınayın. Mütləq, kömək edəcək.
2. Günün əvvəlində ən çətin və ən xoşagəlməz işi görün. Əgər bunu etsəniz gün ərzində lazımsız fikirlər sizin beyninizi zəbt etməyəcək.
3. Sizi satan, sizə xəyanət edən insanların yanına qayıtmayın. Onlar dəyişə bilmir.
4 Heç kəs heç kimə heç nə borclu deyil. “Borclu olmaq” sözünü unudun. Onu aktiv leksikondan kənara tullayın. Yoxsa, həqiqətən də mənada borc içində itəcəksiniz, təkcə maddi deyil, həm də mənəvi anlamda.
5. Həqiqəti söyləyin, doğru danışın (yalan deməyin), onda heç nəyi yadda saxlamağa məcbur olmayacaqsınız.
6. Gecikirsiniz? Mütləq xəbər vermək üçün bir üsul tapın.
7. Ağlınıza ideya gəlib? Mütləq onu yazın.
8. Hətta ən ciddi mübahisə zamanı belə insanı zəif yerindən vurmağa, onu alçaltmağa çalışmayın. Siz çox güman ki, barışacaqsınız. Amma deyilən söz heç zaman yaddan çıxmır.
9. Valideynlərinizlə daha çox vaxt keçirin – onların həyatdan nə vaxt gedəcəyi bəlli deyil, belə hadisələr həmişə qəfil baş verir və insanlar nə etsə belə buna hazırlıqsız olur.
10. Nəzakətlilik şəhərləri belə fəth edir. Bundan daha tez-tez istifadə edin.
11. Səhvlərinizi etiraf etməyi bacarın.
12. Dayanmdan şikayətlənmək vərdişindən imtina edin. Heç kəsi digərlərinin problemlləri maraqlandırmır.
13. Qeybət etməyin, şayiə gəzdirməyin.
14. Aydın olmayan, qarışıq situasiyalarda həmişə uzanıb yatın. Həmişə, istənilən bir situasiyada “Bu da, keçəcək” məsələni xatırlamaq da çox faydalıdır.
15. Televizora baxmayın. Heç zaman.
16. Digər insanların arzularını lağa qoymayın. Onları ələ salmayın.
Könül Soltanova, [email protected]