Çoxumuz müvəffəqiyyətli olmağı xəyal edirik, çox az insan isə bacardığını və ya məqsədinə çatdığını söyləyə bilir. Hər kəs üçün müvəffəqiyyətin tərifi fərqli ola bilər, lakin geniş yayılmış yalan təriflər də vardır. İndi bunlardan 7-ni birlikdə nəzərdən keçirəcəyik.
1. Bütün cavablar səndə olmalıdır.
Müvəffəqiyyətli insanlar ağıllarındakı bütün suallara cavab verərək yola çıxmazlar. Yalnız nələri öyrənmək lazım olduğunu yaxşı təyin edərlər. Müvəffəqiyyətli olanlar təşəbbüskar, yolda irəliləyərkən etdiyi səhvlərdən öyrəndikləri sayəsində yoluna davam edə biləndir!
2. Nəyisə dəyişdirmək lazım deyil.
İşə başlayarkən həmişə fərqli və bənzərsiz bir şey çıxarmaq üçün çalışırıq. Bu məhsul müvəffəqiyyətli ola bilər amma daha da müvəffəqiyyətli olması üçün istifadəçinin təcrübəsinə ehtiyac vardır. Yəni dəyişim hər zaman olacaqdır.
3. Bir gecədə müvəffəqiyyətə çatmaq.
Əslində, layiq olan insan müvəffəqiyyətə çatır. Müvəffəqiyyət bir gecədə əldə olunan bir şey deyildir, bunun üçün uzun müddət səylə çalışmaq lazımdır.
4. Müvəffəqiyyətli olmaq üçün bəzi şeyləri qurban verməlisiniz.
Oprah Winfrey: "Hər şeyə sahib ola bilərsiniz amma hamısına eyni anda deyil." deyib. Bir milyarder olub hər il 50 fərqli ölkədə tətil edə bilərsiniz, mükəmməl bir ata ola ya da 10 marafon qaça bilərsiniz. Bunların hamısını eyni zaman dilimlərində etmək, həyat-iş tarazlığını saxlamaq çətindir lakin əlinizdən gələnin ən yaxşısını edə bilərsiniz.
5. Müvəffəqiyyət bütün problemlərinizin bitməsini təmin edəcək.
Müvəffəqiyyətli insanların daha az problemi yoxdur. Yalnız problem həll etmə strategiyaları daha yaxşdır. Ona görə daha az problem istəmək yerinə onlarla baş edə bilmə yollarını tapmaq lazımdır.
6. Müvəffəqiyyətli olduqdan sonra insanlar sizi daha çox sevəcək.
Marilyn Monroe: "Müvəffəqiyyət bir çox insanın sizdən nifrət etməsinə gətirib çıxarır. Kaş ki, belə olmazdı. " demişdir.
7. Müvəffəqiyyət sizi daha xoşbəxt edəcək.
İllərcə sürən müzakirə mövzusu "Pul xoşbəxtliyi satın ala bilərmi?". Məncə qısa müddətdə pulla xoşbəxt olmaq olar amma uzun uzun müddət xoşbəxtliyə sahib ola bilməzsiniz. Ona görə istər müvəffəqiyyətli olun istər olmayın, özünüz xoşbəxt olmağın bir yolunu tapın.