Ucuz smartfonların çatışmayan cəhətləri sadalandı | Banco.az

Ucuz smartfonların çatışmayan cəhətləri sadalandı

“Android Authority” nəşrinin araşdırmaçıları ucuz smartfonların əsas çatışmazlıqlarını sadalayıblar.

Onların fikrincə, istehsalçılar telefonları ən vacib hissələrdən məhrum edərək ucuz sub-flaqmanlar istehsal edirlər.

Birincilər arasında müəlliflər teleobyektivin olmamasını göstəriblər. Onların sözlərinə görə ucuz telefonlarda bu geniş bucaqlı obyektivlə kompensasiya olunur.

Smartfonun buraxılışına qənaət etməyin başqa yolu yüksək keyfiyyətli materiallar - metal və ya şüşə əvəzinə plastikdən istifadədir.

Bundan başqa əlverişli qiymətə malik cihazlar nəmdən qorunmur.

Mütəxəssislər qeyd ediblər ki, smartfon istehsalçıları adətən dəstdə sürətli şarjı dəstəkləməyən ucuz adapter təklif edirlər.

Sonda müəlliflər qeyd ediblər ki, sərfəli smartfonlar bəzən displey yeniləməsinin yüksək tezlik dəstəyindən məhrum olurlar (90 və ya 120 hersə kimi).

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, istehsalçılar öz cihazlarını yeniləmələrlə lazımi şəkildə dəstəkləmək niyyətində deyillər, bununla da istehlakçıları yeni telefonlar almağa məcbur edirlər.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et