Ucuz otel tapmağın yolları | Banco.az

Ucuz otel tapmağın yolları

Hotellərdə qalmaq cibinizə ağır zərbə ola bilər. Mehmanxana xərclərinə qənaət etmək və pullarınızı daha əhəmiyyətli bir şeyə xərcləmək üçün bir neçə məsləhət:

1. Araşdırın

“Trivago”, “Kayak” və ya “Booking.com” kimi saytlar sizə lazım olan şəhərdə hotellərin icmalını verəcək. Lakin onlardan hər şey barədə tam dolğun məlumat gözləməyin. Vəziyyəti özünüz yoxlayın. Məsələn, pulsuz parkinq, səhər yeməyi və ya Wi-Fi-ya promokodlar və bonuslar axtarın. Sizi maraqlandıran hotelin birbaşa saytına diqqət yetirin: Çünki orada qeyd olunan qiymətlər vasitəçilərdən daha aşağı ola bilər.

2. Qiyməti “öldürün”

Beləlik, sizin gedəcəyiniz hoteldə nələrlə qarşılacağınız haqda azdan-çoxdan məlumatınız var. İndi bir neçə hotel seçib, bir neçə zənglər etməyin vaxtıdır. Hotel menecerinə saytda qeyd olunan qiyməti deyin. Danışıq əsnasında qiymət dəyişikliyinə diqqət yetirin. Təcrübəyə əsasən deyə bilərik ki, 80% hallarda hotellə birbaşa danışıqlar sizə ya daha rahat otaq qaqzandıracaq və ya qonaqlama daha ucuz başa gələcək.

3. “Yanan” təkliflər axtarın

“HotelTonight” kimi mobil tətbiqlər sizə təcili ucuz nömrə axtarışında yardımçı ola bilər. Məsələn, “Swissotel Chicago” tətbiqetmənin köməyi ilə iki gecəlik o cümlədən bütün vergilər və ödənişlərlə birgə 313 dollara başa gələcək. Bu bronlaşdırma saytları ilə müqayisədə ən azı 100 dollar daha aşağıdır. Lakin yadda saxlayın ki, otağı ən son dəqiqə bron etmək alınmaya da bilər. Əgər siz turistlərin çox olduğu, ya hotellərin sayı az olduğu yerə gedirsinizsə, hoteli qabaqcadan bron edin.

4.Hərraclarda iştirak edin

Mehmanxana hərracları sizin xərclərinizi xeyli azalda bilər. Lakin burada hər şey sizin şansınıza bağlı olacaq. “Öz qiymətini seç” funksiyası sizə rayonu və ulduzların sayını seçməyə imkan verir. Lakin hotelin adı sifarişiniz qəbul olmayınca gizli qalacaq. Siz qiymətinizi elan etməyə hazır olduğunuz an sizə rahat olan hoteldən başlayın və qəbul olunmayınca imtina etməyin. Bu hərracın mənfi xüsusiyyəti odur ki, sizin təyin etdiyiniz qiymət qəbul olan kimi kredit kartınızdan vəsaitlər silinəcək. Yəni, siz hotel bronunuzu nə dəyişə, nə də qaytara biməyəcəksiz.

Ən sərfəli kredit üçün müraciət et

5. Qeyri-standart fikirləşin

Hotel – qalmaq üçün yeganə yol deyil. “Airbnb” və “HomeAway” kimi saytlardan siz otaq, mənzil, və ya ayrıca ev kirəyəlaəyə bilərsiz. Hostellərı də unutmayın, bunlar gecələmək üçün super-ekonom variantdır. Narahat olmayın, otağı yeniyetmələr kütləsi ilə bölmək məcburiyyətində deyilsiniz. Hostellərin əksəriyyəti ayrı hamam otaqları olan 1-2 nəfərlik nömrələr təklif edir.

6. Digər rayona diqqət yetirin

Şəhərin mərkəzində yaşayış, bir qayda olaraq, daha bahalıdır. Mərkəzdə deyil, ondan bir-iki dayanacaq qıraqda hotel seçsəniz qənaet edərsiniz. Belə ki, Çikaqonun “Hyatt Regency O’Hare” hotelində gecələmək 80 dollara başa gələcək. Hotel metronun düz çıxışında yerləşir. Ordan həm hava limanına, həm şəhər mərkəzinə çatmaq rahat olacaq. Müqayisə üçün bildirək ki, mərkəzi “Hyatt Regency H”-də gecələmək 120 dollara başa gələcək.

7. Güzəştlərdən faydalanın

Təqaüdçülər, dövlət xadimləri, tələbələr, qeyri-kommersiya təşkilatrarın üzvləri və hərbçilər səyahət zamanı mehmanxana güzəştlərindən istifadə edə bilərlər. Bron etdikdən öncə hoteldən və sizin təşkilatdan endirim haqda məlumatı dəqiqləşdirmək lazımdır.

Səyahətə hazırlaşarkən Aviasales–də ən ucuz aviabilet və Airbnb-də apartament bron etməyi unutmayın.

Mənbə: Fins.az