Ucarda KOB dostu ofisi fəaliyyətə başlayıb | Banco.az

Ucarda KOB dostu ofisi fəaliyyətə başlayıb

Mərkəzi Aran iqtisadi rayonu üzrə sayca 5-ci, ölkə üzrə isə 48-ci KOB dostu ofisi Ucarda fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ucar rayonunda bölgədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə 80-ə yaxın sahibkar və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri, rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat veriblər. KOBİA-nın dəstək və xidmətləri, eləcə də KOB dostu mexanizmi barədə məlumat da sahibkarların diqqətinə çatdırılıb, Ucar rayonu üzrə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. Qeyd olunub ki, Ucar KOB dostu ofisi Mərkəzi Aran iqtisadi rayonu üzrə sayca 5-ci, ölkə üzrə isə 48-ci KOB dostu ofisidir. KOB dostu regionda sahibkarlığın inkişafına, biznesin ehtiyacı olan dəstəyin yerində təmin olunmasına və çətinliklərinin operativ həllinə dəstək olacaq. Ucarda KOB dostunun fəaliyyətə başlaması rayonda yeni KOB subyektlərinin və bizneslərin yaranmasına öz töhfəsini verəcəkdir.

Tədbirdə həmçinin, KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə video çarxlar nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Sonra tədbir iştirakçıları Ucar Gənclər Evində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et