Üç bank səhm emissiyası həyəta keçirir | Banco.az

Üç bank səhm emissiyası həyəta keçirir

Banco.az Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, aşağıda adları qeyd edilən banklar səhm emissiyası həyata keçirir.

Bank Standard -16 oktyabr 2014-cü il

"AB Standard" qapalı səhmdar cəmiyyətinin qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 100  manat olan 88 100 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001005722 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 

"Azər-Türk Bank" - 16 oktyabr 2014-cü il

"Azər-Türk Bank" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 manat olan 36 552 682 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1003004426 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 

"Dekabank" -17 oktyabr 2014-cü il

"Dekabank" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nominal dəyəri 1100 manat olan 47970 ədəd adi sənədsiz adlı səhmlərin buraxılışı AZ1005005397 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.  Səhmlər "Dekabank" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin qeydiyyat nömrəsi AZ1004005398 və nominal dəyəri  500 manat olan 47970 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Bankın adı

Nizamnamə Kapitalı

Məcmu Kapital

Bank Standard

75 000 000

 -

Azər -Türk Bank

12 242 908

17 294 472

Dakabank

25 000 000

26  400 000 (13 010 205 - 01-09-2014)

Ən sərfəli kredit üçün müraciət et