Üç bank filialı bağlanıb | Banco.az

Üç bank filialı bağlanıb

2017-ci ilin sentyabr ayının 30-na Azərbaycanda fəaliyyət göstərən bankların filiallarının sayı 557 olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala istinadən xəbər verilir ki, sentyabr ayının əvvəlinə ölkədə 560 bank filialı fəaliyyət göstərib. Beləliklə, icmaldan 3 bank filialının ləğv olunduğu məlum olur.

Ən sərfəli kredit üçün müraciət et

Bankların şöbələrinin sayı dəyişməyib - sentyabrın sonuna ölkədə 142 bank şöbəsi fəaliyyətdədir.

ATM-lərin sayı 9 ədəd azalıb. Belə ki, sentyabrın əvvəlinə ölkə üzrə 2495 ədəd olduğu halda, ayın sonuna bu rəqəm 2486 təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et