UBS rəhbərliyi 36 min nəfər işçini ixtisar etməyi planlaşdırır | Banco.az

UBS rəhbərliyi 36 min nəfər işçini ixtisar etməyi planlaşdırır

UBS problemli Credit Suisse-i mart ayında 3,24 milyard dollara alıb. SonntagsZeitung yazır ki, kredit təşkilatlarının birləşməsindən sonra UBS rəhbərliyi işçilərinin 30%-ə qədərini - təxminən 36 min nəfəri ixtisar etməyi planlaşdırır.

İsveçrənin SonntagsZeitung qəzeti mənbələrə istinadən xəbər verir ki, UBS Group AG maliyyə holdinqi Credit Suisse-nin alınması başa çatdıqdan sonra işçilərinin 20-30%-ni ixtisar edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Nəşrin hesablamalarına görə, hazırda iki kredit təşkilatında 120 minə yaxın insan çalışır və bu əsasda 36 minə qədər iş yeri ixtisar edilə bilər. Qəzet yazır ki, İsveçrədə 11 minə qədər işçi işdən çıxarılacaq.

Bloomberg-in məlumatına görə, Credit Suisse hələ alınmazdan əvvəl 9 minə qədər işçini ixtisar etməyi planlaşdırırdı və yəqin ki, birləşmiş strukturda gələcək ixtisarların əksəriyyəti bu bankın işçilərinə təsir göstərəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et