UBS, qızılın qiymətinin 2020-ci ildə yüksələcəyini gözləyir | Banco.az

UBS, qızılın qiymətinin 2020-ci ildə yüksələcəyini gözləyir

İsveçrənin sərmayə bankı UBS, qızılın qiymətinin 2020-ci ildə yüksələcəyini gözləyir

Bankın yeni hesabatında "2019-dan daha yavaş olsa da qızılın 2020-ci ildə dəyər qazanacağını düşünürük" - ifadəsi yer alıb. 

Qızılın bu ilin əvvəlindən bəri 18% bahalaşdığı qeyd edilən hesabatda, "Zəyif iqtisadi artım, aşağı faizlər qızıl saxlamağı sərfəli edir" deyilir.

Siyasi qeyri-müəyyənliyin qızıla marağı daha da artıra biləcəyini qeyd edən bank, qızılın qiyməti dollar ilə göstərildiyi üçün zəif dolların qızıl qiymətlərini dəstəkləyəcəyini vurğulayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda, "Əgər geosiyasi gərginliklər yüngülləşsə ya da iqtisadiyyat gözlədiyimizdən daha sürətli yığışsa, qiymətli metalların qiymətləri böyük ehtimalla mənfi təsir görəcəkdir",- deyilir.

Bakı vaxtı ilə saat 09:30-da dünya bazarında qızılın unsiyası 1470 dollardan alıcı tapıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et