UbiQ-in Baş icraçı direktoru Michel Klizi Bakıda çıxış edəcək | Banco.az

UbiQ-in Baş icraçı direktoru Michel Klizi Bakıda çıxış edəcək

Kapital optimallaşdırılması şirkəti olan UbiQ-in Baş icraçı direktoru Michel Klizi 17-18 Aprel tarixlərində Bakıda baş tutacaq regional “Rəqəmsal bankçılıq və təhlükəsizlik” mövzulu Beynəlxalq Bankçılıq Sərgi-Konfransında spiker kimi çıxış edəcəkdir.

Michel Kilzi UbiQ Group Baş icraçı direktoru və UbiQ Türkiyə, UbiQ Misir, UbiQ Səudiyyə Ərəbistanı ilə UbiQ BƏƏ-nin idarə heyəti üzvüdür. Michel Kilzi Yaxın Şərqdəki böyük banklar üçün yenilikçi biznes modelləri üzrə konsaltinq və biznes inkişafı xidmətləri təqdim etmiş, FinTech sahəsində dərin təcrübə qazanmışdır. Maliyyə xidmətləri və texnologiya mövzusundakı təşəbbüskarlığı, Mişeli, Orta Şərq, Şimali Afrika və Türkiyə bölgələrində İstanbul, Qahirə, Beyrut, Dubay və Riyad kimi şəhərlərdə maliyyə əməliyyatları aparan və kapital optimallaşdırılması mövzusunda təqdim etdiyi həllərlə qabaqda gələn FinTech qurumu olan UbiQ Group-un idarəçiliyinə aparan əsas səbəbi idi. UbiQ-dan əvvəl, Michel istehlakçı və KOS borcları, analitik və süni intellekt, ticarətin maliyyələşdirilməsi və rəqəmsal transformasiyanın həyata keçirilməsi sahəsində “Tinance&Technologies venture” şirkətini təsis etmişdir.

Tədbir çərçivəsində maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, "Unionpay", "AliPAY"(ALİBABA), "VİSA", "Mastercard" kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

 

Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.

Ən sərfəli krediti almaq üçün müraciət et