Uber tədbiri Beyonce-a 300 milyon dollar gəlir gətirib | Banco.az

Uber tədbiri Beyonce-a 300 milyon dollar gəlir gətirib

2015-ci ildə Beyonce Uber şirkətinin Las-Vegasda təşkil olunan korporativ tədbirində iştirak edir. Şirkət, bunun müqabilində ulduza 6 milyon dollar dəyərində pul təklif edir. Müğənni isə öz növbəsində ödənişin Uber şirkətinin səhmləri ilə əvəzlənməsini xahiş edir.

Uber şirkətinin keçirdiyi sonuncu IPO-ya qədər Beyonce-a məxsus səhm-paketinin qiyməti artaraq 300 milyon dollar təşkil edir.

IPOİlkin Kütləvi Yerləşdirmə əlavə kapitalın cəlb edilməsi məqsədilə şirkətin qiymətli kağızlarının ilk dəfə qeyri-məhdud sayda investora satılması prosesidir. Bu proses yalnız İnvestisiya Şirkətləri vasitəsilə fond birjasında həyata keçirilə bilər. İstər böyüməkdə olan gənc şirkətlər, istərsə də böyük və təcrübəli şirkətlər İlkin Kütləvi Yerləşdirmə etməklə əlavə maliyyə resursları cəlb edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət, Nyu-York fond birjasının səhmlərinin yerləşdirilmə prosesini ictimaiyyət qarşısında keçirib . Uber, qiyməti 45 dollar olan 180 milyon səhm sataraq, 8,1 milyard dollar vəsait cəlb edə bilib. Şirkətin kapitallaşma dəyəri 82,4 milyard dollar təşkil edir – bu isə təyin edilən proqnozdan (120 milyard dollar) bir qədər azdır. Yerləşdirilmə prosesi qiymətləndirmənin ən aşağı 44-50 dollar diapazonunda keçib. Bütün bunlara baxmayaraq Uber-in keçirdiyi IPO ABŞ fond bazarı tarixinin ən nəhəngləri 3-lüyündə yer alıb.

Texnoloji şirkətlərin səhmlərinə investisiya yatıran məhşurlardan yeganə olan Beyonce deyil. Uber şirkətinin ilk səhmdarları arasında: Ashton Kutcher, Quinet Paltrow, Jay-Z, Olivia Man, Leonardo DiCaprio kimi məşhurlarda yer alıb. 

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et