“Uber” şirkəti də işçilərini ixtisar etməyə hazırlaşır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Uber” şirkəti də işçilərini ixtisar etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Uber” şirkəti də ixtisarlara hazırlaşır.

Banco.az xəbər verir ki, nəqliyyat şəbəkəsi şirkəti “Uber Technologies” xərclərə qənaət etmək məqsədilə işə qəbul komandasından 200 işçini ixtisar edəcəyini açıqlayıb.

Bu barədə şirkətdən əməkdaşlarına göndərilən qeyddə bildirilib.

Sözügedən ixtisarlar “Uber”in işə qəbul komandasının 35 faizinə təsir edəcəyi halda, ümumi işçilərin isə 1 faizindən belə azına təsadüf edir.

Qeyd edilib ki, şirkət bu il əsasən gəmiçilik və xaricə ərzaq paylama departamentləri üzrə olmaqla yüzlərlə işçini ixtisar edib.

Bildirilib ki, şirkətin hazırda dünya üzrə 32 mindən çox əməkdaşı var və “Uber” sürücüləri işçilərin siyahısına daxil deyil.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram