"Twitter"in yeni ən böyük səhmdarları bəlli olub | Banco.az

"Twitter"in yeni ən böyük səhmdarları bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter” şirkətinin yeni əsas səhmdarları bəlli olub.

Banco.az xəbər verir ki, İlon Mask tərəfindən satın alındıqdan sonra Nyu-York Birjasından çıxaraq tamamilə özəl şirkətə çevrilən “Twitter”in Maskdan sonra ən böyük səhmdarları Səudiyyə şahzadəsi Əl-Valid bin Talal, şirkətin keçmiş baş direktoru Cek Dorsi və Qətər İnvestisiya Təşkilatı olub.

Bu da, təqribən 10 ildir ki, səhmləri birja əməliyyatlarından keçən “Twitter”in əsas səhmdarlarının dəyişməsi deməkdir.

İlon Maskın “Twitter”i satın almasına müsbət yanaşan Səudiyyə şahzadəsi Əl-Valid bin Talal həm təsisçisi, həm də CEO-su olduğu “Kingdom Holding Company”ə aid hər biri 54,2 dollarlıq təxminən 35 milyon ədəd səhmlə ümumilikdə 1,9 milyar dollara sahib olduğu üçün hazırda şirkətin ikinci böyük investorudur.

“Twitter”in həmtəsisçisi və keçmiş CEO-su Cek Dorsi ümumi səhmlərin 2,4 faizlik hissəsini təşkil edən təqribən 978 milyon dollar dəyərindəki 18 milyon ədəd səhmlə üçüncü mövqeyə sahibdir.

Ən sərfəli kredit üçün müraciət et

Qətər İnvestisiya Təşkilatı isə 375 milyon dollarlıq sərmayə ilə şirkətin yeni səhmdarlarından biri olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et