Tamara Mustafayeva, Banco.az
"Twitter"in daha əvvəl satınalma müqaviləsindən imtina etdiyi üçün İlon Maska qarşı açdığı məhkəmə işi dayandırılıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Twitter"in "Tesla" və "SpaceX" şirkətlərinin CEO-su İlon Maska qarşı açdığı məhkəmə iddiasına baxan hakim 44 milyard dollarlıq satınalma müqaviləsinin oktyabrın 28-nə qədər tamamlanması üçün işi dayandırmağa qərar verib.
İşin dayandırılmasını tələb edən Mask cümə axşamı məhkəməyə təqdim etdiyi bəyanatda bankların sövdələşməni maliyyələşdirməyə çalışdığını, lakin ona daha çox vaxt lazım olduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!