Tamara Mustafayeva, Banco.az
"Twitter" aprel-iyun aylarını əhatə edən ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 74% artımla 1.19 milyard dollar gəlir əldə etdiyini bildirib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, populyar sosial media şirkətlərindən olan "Twitter" ilin ikinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Buna görə, şirkətin sözügedən dövrdə əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 74% artmaqla 1.19 milyard dollara yüksəlib ki, ekspertlərin proqnozu bu göstəricinin 1.07 milyard dollar olacağına işarə edirdi.
Qeyd edək ki, şirkət 2020-ci ilin ikinci rübündə 683.4 milyon dollarlıq gəlir əldə etmişdi.
"Twitter"ın ilin ikinci rübündə əldə etdiyi mənfəət isə 65.5 milyon dollar hesablanıb ki, şirkət ötən ilin eyni dövründə təqribən 1.4 milyard dollar zərərə uğramışdı.
Xatırladaq ki, populyar mikroblogging platformasının ilin ikinci rübü üzrə gündəlik aktiv istifadəçi sayı isə ötən ilin eyni dövrünə nəzərən təqribən 11% artaraq 206 milyona çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!