Müəllif: Tamara Mustafayeva, Banco.az
Mask: Tezliklə “Twitter” brendi ilə vidalaşacağıq.
Banco.az xəbər verir ki, İlon Mask bazar günü sahib olduğu “Twitter” platformasından yenə də böyük səs gətirəcək açıqlamalar edib.
"Tezliklə “Twitter” markası və tədricən bütün quş loqoları ilə vidalaşacağıq", deyə tvit yazan milyarder iş adamı daha sonra isə növbəti tvitində “Əgər bu axşam kifayət qədər yaxşı X loqosu paylaşılarsa, onlar onu ertəsi gün bütün dünyaya təqdim edəcəklər”, deyə əlavə edib.
Məşhur milyarder titrəyən "X" loqotipini yayımladıqdan sonra qoşulduğu “Twitter Spaces” söhbət otağında loqonun dəyişib-dəyişməyəcəyi sualına "bəli" cavabını verib və "Bu, çoxdan atılmalı addım idi”, deyə əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!