“Twitter”i tərk etmək istəyənlər üçün 5 alternativ platforma | Banco.az

“Twitter”i tərk etmək istəyənlər üçün 5 alternativ platforma

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Maskın “Twitter”i satın aldıqdan sonra platformada əsaslı yeniliklər tətbiq edəcəyini və gəlir mənbələri yaradacağını açıqlaması ilə bir çox istifadəçi alternativ platformalara üstünlük verməyə başlayıb. 

Banco.az “Twitter”i tərk etmək istəyən istifadəçilər üçün 5 alternativ platformanı təqdim edir.

Mastodon

2016-cı ildə yaradılan “Mastodon” platformasının bir milyondan çox aktiv istifadəçisi var. Platformanın təsisçisi Yevgen Roçkonun sözlərinə görə, Maskın 27 oktyabrda “Twitter”i satın almasından sonra təxminən yarım milyon istifadəçi “Mastodon”da qeydiyyatdan keçib.

Tumblr

2007-ci ildə David Karp tərəfindən yaradılan “Tumblr” platforması 2013-cü ildə 1,1 milyard dollara “Yahoo” şirkətinə satılıb.

Çox yönlü sosial şəbəkə olan “Tumblr”da foto, video və bloq məzmunu yayımlamaq mümkündür.

Parler

“Parler” 2018-ci ildə Matze və Jared Tomson tərəfindən ödənişsiz danışıq əsaslı sosial media tətbiqi kimi təsis edilib.

Ən sərfəli kredit üçün müraciət et

“Twitter”a analoq olan tətbiqdə istənilən hesabı izləmək və şərh yazmaq mümkündür.

WT.Sosial

Vikipediyanın həmtəsisçisi Cimmi Uels 2019-cu ildə “WT.Social” platformasını təsis edib.

Tribel

Mətn və təsvirə əsaslanan “Tribel” tətbiqi “Facebook” və “Twitter”in xəbər lentlərinə analoq platforma kimi yaradılıb.

Platformanın qurucusu Omar Rivero bildirib ki, Mask “Twitter”i satın almazdan iki ay əvvəl saytda 250 min qeydiyyatdan keçmiş istifadəçi var idisə, hazırda bu rəqəm 500 minə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et