"Twitter"ə növbəti yeni funksiya əlavə olunub | Banco.az

"Twitter"ə növbəti yeni funksiya əlavə olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Artıq “Twitter”də yazılan tvitlərin baxış sayı hər kəsə görünəcək.

Banco.az xəbər verir ki, İlon Mask tərəfindən satın alındıqdan sonra bir çox yeniləmələrə məruz qalan “Twitter” platforması indi də tvit baxış sayını hər kəsə açıb.

Yeni tənzimlədən sonra əvvəllər yalnız istifadəçilərin nəzarətində olan və “Twitter Analytics” ilə öyrənilə bilən tvit baxışlarının sayı artıq ictimailəşib. 

İlon Mask da məsələ ilə bağlı bildirib ki, platformada yayımlanan videoların baxış sayı necə hər kəs üçün açıqdırsa, eləcə də yazılan tvitlər üçün bu tətbiq oluna bilər.

Qeyd edək ki, yeni tənzimləmə dünya üzrə bir çox istifadəçinin narazılığına səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram