"Twitter"də yazılan məqalələr ödənişli olacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Twitter"də yazılan məqalələr ödənişli olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter”in CEO-su İlon Mask sosial media platformasının məzmun yaradıcılarına hər məqalə üçün izləyicilərindən ödəniş qəbul etməsinə imkan verəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, sosial media nəhəngi “Twitter”in sahibi İlon Mask şirkətin gəlirlərini artırmaq üçün növbəti addımını atıb. Belə ki, platformada mavi işarənin ödənişli edilməsindən sonra indi də məzmun yaradıcılarının məqalələri ödəniş müqabilində oxunulacaq.

May ayından etibarən tətbiq olunacaq bu xüsusiyyətin köməyi ilə izləyicilər aylıq abunə paketi almaq əvəzinə istədikləri məqalələri nə zaman oxumaq istəsələr, ödəniş edərək həmin məqaləyə giriş əldə edə biləcəklər.

Qeyd edək ki, “Twitter”in ilk ildən sonra abunələrə 10 faiz endirim tətbiq edəcəyini və gəlirin ilk 12 ay ərzində tamamilə abunəçilərə keçəcəyini açıqlayan Mask platformanın gəlirlərini artırmağı hədəfləyir. İlon Maskın elan etdiyi bu funksiyanın qiyməti isə hələ açıqlanmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram