“Twitter”də kriptovalyuta alıb-satmaq mümkün olacaq | Banco.az

“Twitter”də kriptovalyuta alıb-satmaq mümkün olacaq

Müəllif - Aida İsaq, Banco.az

“Twitter” sosial şəbəkədə kriptovalyuta ticarəti üçün “eToro” ilə əməkdaşlıq edəcək.

Banco.az xəbər verir ki, "eToro" vasitəsilə birbaşa "Twitter"də kriptovalyuta və səhmləri alıb satmaq mümkün olacaq. Şirkətin məlumatına görə, yeni funksiya istifadəçilərə geniş çeşiddə maliyyə alətləri üzrə bazar məlumatlarını nəzərdən keçirmək, “eToro”dan səhmlər və digər aktivləri almaq və satmaq imkanı yaradır. Hazırda “TradingView”dən “Tesla” kimi bəzi şirkətlərin səhmləri və S&P 500 kimi indeks fondları haqqında real vaxt rejimində ticarət məlumatlarını incələmək mümkündür. Bunu “Twitter”in “cashtag” funksiyasından yararlanaraq istifadə etmək mümkündür. Proqram sizə “TradingView”dən qiymət məlumatlarını göstərəcək. Eyni zamanda şəbəkədə istifadəçiləri "eToro" saytına yönləndirəcək keçidlər yer alacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et