“Twitter”dan növbəti yenilik | Banco.az

“Twitter”dan növbəti yenilik

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter” platforması növbəti yenilənmə ilə vaxt qrafikini dəyişir.

Banco.az xəbər verir ki, İlon Mask tərəfindən satın alındıqdan sonra bir çox dəyişikliyə məruz qalan “Twitter” platformasında növbəti yenilənmə üçün hazırlıqlar başlayıb. Belə ki, taymlayn hissəsində bəzi dəyişikliklər edən platforma tezliklə bu dəyişikliyi istifadəçilərə də təqdim edəcək.

Platformanın ana səhifəsinin (taymlayn) sol tərəfindəki ulduza basan istifadəçilərə "Sizin üçün" və "Ən son" adlı iki fərqli seçim təqdim ediləcək. İstifadəçilər bu seçimlərdən birini seçməklə ana səhifədə işıqlanacaq məzmunu seçə biləcəklər. 

Ən sərfəli kredit üçün müraciət et

“Sizin üçün” seçimində istifadəçilər üçün təklif olunan tvitlər, “Ən son” seçimində isə istifadəçilərin izlədiyi hesabların cari yazıları olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et