Tamara Mustafayeva, Banco.az
Sosial media nəhənglərindən biri olan "Twitter" kriptovalyuta dünyasındakı mövqeyini artırmaq üçün mühüm addım atıb.
Banco.az xarici mətbuta istinadla xəbər verir ki, populyar şirkət blokçeyn texnologiyası, NFT və bitkoin kimi mərkəzləşməmiş qaydada idarə edilən rəqəmsal valyutalardan istifadənin yeni yollarını təqdim etmək məqsədilə "Twitter Crypto" adlı yeni bölmə yaradıb.
Peşəkar blokçeyn mühəndisi Tess Rinearsonun rəhbərlik edəcəyi "Twitter Crypto" bölməsi sosial media dünyasında "blokçeyn", "NFT" və "web3" ilə bağlı hər şeyin cəmləşdiyi bir mərkəz kimi xidmət göstərəcək.
Xatırladaq ki, şirkətin CEO-su Cek Dorzi daha əvvəl dəfələrlə bitkoin lehinə çıxışlar etmiş və bu kriptovalyuta növünün dünyaya əmin-amanlıq gətirəcəyini söyləmişdi. Dorzinin digər şirkəti "Square" də 2018-ci ildə bitkoini ödəniş vasitəsi kimi qəbul etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!